Əməkdar artist Ehtiram Hüseynov E.Seyidcahanın dediklərini öz üzərinə götürməyib Əməkdar artist Ehtiram Hüseynov E.Seyidcahanın dediklərini öz üzərinə götürməyib

Elzanın xanəndələrlə qalmaqalı: “Nə qədər qışqırarlar?” - VİDEO

Əməkdar artist Ehtiram Hüseynov E.Seyidcahanın dediklərini öz üzərinə götürməyib

Əməkdar artist Elza Seyidcahan bu dəfə xanəndələrlə qalmaqal yaşayıb.

AzNews.az xəbər verir ki, buna səbəb onun muğam ifaçılarının ünvanına “ATV maqazin onlarla” proqramında səsləndirdiyi aşağıdakı fikirlər rəvac verib:

“Artıq muğamımızı da çox oxuyub məni yorurlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların zənguləsi də, qırtlağı da mənim üçün adiləşib. Əməkdar artist, Xalq artisləridir. Lakin onlara baxa bilmirəm. Nə qədər qışqırarlar? Bir zənguləni nə qədər deyərlər? Gəlsinlər bəstəkarlardan mahnı oxusunlar”.

Onun bu fikirlərinə Xalq artisti Mələkxanım Əyyubova belə cavab verib:

“Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır”.

Əməkdar artist Ehtiram Hüseynov E.Seyidcahanın dediklərini öz üzərinə götürməyib.

Xanəndə İlkin Əhmədov sənətçinin ünvanına “Dinləyə bilməyən çölə çıxsın” sözlərini işlədib.

Əməkdar artist Fərqanə Qasımova isə bunların günahını tamaşaçıda görüb:

“Bunu edən tamaşaçıdır. Mütləq ifaçı zil tonu göstərməlidir ki, alqış alsın”.

E.Seyidcahana Əməkdar artist Təyyar Bayramov da cavab verib. “Muğamlarımız yüz il sonra da oxunsa, eyni olacaq. Mən də onun şeirlərini bəyənmirəm”, - deyə sənətçi bildirib.

Aynur

AzNews.az