Ortaq dostlarının erkən Yeni il tədbirinə əl-ələ getdikləri iddia edilib Ortaq dostlarının erkən Yeni il tədbirinə əl-ələ getdikləri iddia edilib

Serenayın bu paylaşımı hər kəsdə şübhə yaratdı

Ortaq dostlarının erkən Yeni il tədbirinə əl-ələ getdikləri iddia edilib

2015-ci ildən sevgili olan məhşur aktrisa Serenay Sarıkaya həmkarı Kerem Bürsin ilə 8 ay öncə ayrılmışdı. Ayrılıq xəbəri hər iki məhşurun fanatlarını olduqca üzmüşdü.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, cütlüyün yenidən bir araya gəldiyi, ortaq bir dostlarının erkən Yeni il tədbirinə əl-ələ getdikləri iddia edilib.

Lakin sosial medianın gündəmindəki bu xəbər doğru çıxmayıb.

Kerem Bürsindən ayrıldıqdan sonra sosial şəbəkədən daha aktif istifadə etməyə başlayan Serenay Sarıkaya son paylaşımı ilə diqqət çəkib.

Aktrisa Keremlə sevgili olan zaman yaşıl paltarda rəqs edərkən çəkdirdiyi fotosunu “Instagram”da paylaşıb və başlığa bu sözləri yazıb:

"Heç bir zaman unutmayacağım anlar".

Qeyd edək ki,Serenay Sarıkayanın həyatında hazırda heç kim yoxdur. Kerem Bürsin isə bir sosial media fenomeni ilə 1,5 ay sevgili olub ayrılıb.

Səidə Vahid

AzNews.az