Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra... Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra...

"İçimi kədər atəşi bürüdü" - Xatun

Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra...

"Dərd bir əlimdən tutub aşağı çəkdikcə, enməyə qoymayıb digər əlimi siz tutdunuz. Bir ayağım heysizlikdən büküldükcə, digər ayağımı yıxılmağa qoymayıb taqətim oldunuz".

Aznews.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Stilist qardaşı Balaşı itirən sənətçi ona dəstək olanlara səslənib:

"İçimi kədər atəşi bürüdükcə, o odu varlığınızla soyutdunuz. Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra, dünya boyda yanımda durdunuz. İndi sizə, sevginizə güvənib, sevginizdən güclənib sizinləyəm. Kədər bürümüş üzümün üzərinə çəkdiyiniz bu təbbəsümə görə də sizə təşəkkür edirəm. Səsim, nəğmələrim sizə fəda. Çox minnətdaram hamınıza. Bu çətin vaxtlarımda mənə ən çox dəstək olan elə sevənlərim oldu. Mən də sizi sevirəm".