"Kimin üçünsə məktəb olursansa, bu, yaxşıdır... Mən məktəb oldum" "Kimin üçünsə məktəb olursansa, bu, yaxşıdır... Mən məktəb oldum"

"İfamdan öyrənib universitetə daxil olurlar" - Sevda Ələkbərzadə

"Kimin üçünsə məktəb olursansa, bu, yaxşıdır... Mən məktəb oldum"

"Anama çox bağlı olmuşam, onsuz bir gün də qalmırdım. Bir dəfə məni nənəmgildə qoydu, səhərə kimi onun paltarını qucaqlayıb ağlayırdım. Məktəbdə oxuyanda oğlanlar məndən qorxurdu, onları döyürdüm. Buna görə də valideynlərimi tez-tez məktəbə çağırırdılar".

Aznews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Özəl" proqramında söyləyib. Müğənni uşaqlığından, anasına bağlılığından danışıb.

S.Ələkbərzadə bir çoxlarının onun ifasından öyrənib ali məktəbə daxil olduğunu söyləyib:

"Kimin üçünsə məktəb olursansa, bu, yaxşıdır. Örnək olmaq başqa, məktəb olmaq başqadır. Mən məktəb oldum. Gələcəkdə də məktəb olacam. Ali məktəblərə, universitetə mənim oxuduğum mahnıları öyrənir, daxil olurlar. Virtual müəlliməyəm. London, İran, Praqa, Türkiyədən bunu mənə yazırlar. Məni dinləyib, öyrənib, mənim kimi ifa edirlər. Ola bilsin başlanğıcda bunu edirlər, amma sonradan özlərini tapmalıdırlar"./Axşam.az