Seda Sayan yeddinci əri ilə bu şəhərdə bal ayında - FOTO

Bal ayından görüntülər

Seda Sayan və özündən 25 yaş kiçik yeni həyat yoldaşı Çağlar Ökten bal ayına yollanıblar.

Aznews.az xəbər verir ki, cütlük bal ayı üçün Fransanın Paris şəhərini seçib.

Bal ayından görüntüləri Seda sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, bu Seda Sayanın yeddinci evliliyidir. Cütlüyün mayın 7-də Praqada keçirilməsi planlaşdırılan toyu viza ilə bağlı yaşanan problemlərə görə 24 aprel tarixində İstanbulda baş tutub.

Bal ayından görüntüləri təqdim edirik: