Milli Şura üzvlərinin "saxta xəbər" kampaniyası uzun çəkmədi Milli Şura üzvlərinin "saxta xəbər" kampaniyası uzun çəkmədi

Əli Kərimlinin video-təxribatı: 3 il öncəki süjet "təzə xəbər" kimi paylaşılır

Milli Şura üzvlərinin "saxta xəbər" kampaniyası uzun çəkmədi

Bu gün sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin tərəfdarları tərəfindən bir video paylaşılır.

Rusiya telekanallarına istinadən yayılan həmin süjetdə aparıcı Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı sərt davranacağından söz açır. Qeyd olunur ki, ABŞ Konressinin Helsinki Komissiyasının rəyi ilə rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək, yüksək ranqlı məmurların ölkəyə girişi qadağan olunacaq.

AzNews.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Milli Şuranın üzvləri tərəfindən "böyük şövqlə" yayılan həmin video 3 il əvvəl efirə gedib və ötən müddətdə orada əks olunan iddialar özünü doğrultmayıb.

AzNews.az