Giorgi Tsereteli Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini bildirib. Giorgi Tsereteli Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini bildirib.

"Hüseynova qarşı yeni ittihamların ləğv olunduğuna görə xoşbəxtəm” - ATƏT PA-nın prezidenti

Giorgi Tsereteli Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini bildirib.

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayır.

Bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tseretelinin bəyanatında bildirilir.

“Hüseynova qarşı yeni ittihamların ləğv olunduğuna, mart ayının əvvəlində azadlığa buraxılmasını gözləyə biləcəyinə xoşbəxtəm”, - deyə qeyd edən ATƏT PA-nın rəhbəri Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini, Azərbaycan parlamentindəki həmkarları və hökumət nümayəndələrilə görüşlərində bu məsələyə toxunduğunu, Prezident İlham Əliyevin bu məsələyə şəxsən diqqət yetirdiyini vurğulayıb. (report)

AzNews.az