- Siyasi müzakirə
- 30 Mart 2019 14:09
- 10 776
AXCP - Müsavat qarşı-qarşıya: "Soyuq müharibə" davam edir

Müxalifət daxilində uzun illərdir ki, davam edən intriqa və çəkişmələr yenə də öz aktuallığını qoruyub saxlayır.
Belə ki, AXCP və “Müsavat” partiyası tərəfdaşlarının sosial şəbəkələrdə, xüsusən də “Facebook”-dakı qarşılıqlı ittihamları bu iki müxalif partiya arasında hələ də şiddətli “soyuq müharibə” getdiyini sübut edir.
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilovun statusu müxalifətdaxili bu intriqanı yenidən alovlandırıb. O yazdığı statusda “Müsavat” partiyasını bənd-bənd faktla üzləşdirməyə çalışıb və onu “Milli Şuranın” planlarını pozmaqda ittiham edib:
N.Adilov yazır:
- Müsavat partiyasının Milli Şuradan çıxmaqla müxalifət birliyinə vurduğu zərbəni və s. iradlarımızı gözardı edərək, Milli Şura müxalifətin yenidən konsolidasiyasına nail olmaq niyyətilə 2018-ci ildə 3 mitinqini ard-arda Müsavatla birlikdə keçirdi.
- 2019-cu ildə Müsavat partiyası 12 yanvar tarixinə təkbaşına mitinq təyin etdi. Və faktiki 2018-ci ildə formalaşmış formatdan çıxdı. Biz bir şey demədik. Hüquqlarıdır saydıq.
- Milli Şura 19 yanvar mitinqini təyin etdi. Həmin mitinqə nəinki Müsavat partiyasını, digər müxalifət partiyalarını da dəvət etdi. Mitinqi hamı birlikdə keçirdi. 19 yanvar mitinqində 8 nəfər çıxışçının arasında AXCP-dən yalnız partiya sədri Əli Kərimli var idi. Başqa sözlə mitinqin daha çox əziyyətini çəkən siyasi qüvvə əldə etdiyi tribunanı hamı ilə paylaşmışdı. Milli Şura və AXCP bu geniş formatlı birliyi davam etditrmək istəyirdi.
- Milli Şura bir neçə dəfə mitinq təyin etdikdən sonra Müsavat başqanı Arif Hacılı AXCP sədri Əli Kərimliyə təklif edib ki, yenidən 2018-ci ildə formalaşmış və Müsavatın özünün imtina etdiyi formata qayıdılsın və mitinqlər Milli Şura və Müsavat partiyası tərəfindən birgə keçirilsin. Təklif Milli Şura və AXCP-də müzakirə olunub. Hesab olunub ki, bu ilin 19 yanvar mitinqində əldə olunmuş daha geniş müxalifət birliyi formatı daha arzuolunandır və Milli Şura 19 yanvar prosesini davam etdirsin, ən azı buna çalışsın.
- Milli Şura da, Müsavat partiyası da ayrı – ayrılıqda mitinq müraciətlərini davam etdirib. Ancaq bu zaman fərqli taktikadan istifadə olunub. Milli Şura mitinqlərini təyin edən kimi mitinqlərin təbliğatına başlayıb ki, razılıq veriləcəyi təqdirdə mitinqlərin daha da izdihamlı olması təmin edilsin. Milli Şura həm də çalışıb ki, mitinqə razılıq verməmək üçün hökumətə heç bir bəhanə verməsin. Mitinqlər hər zaman hökumətin razılaşdığı “Məhsul” stadionuna və 6-cı günlərə təyin olunub. Müsavat partiyası isə mitinq üçün başqa meydanlar tələb edib, hazırkı mərhələdə hökumətin yürüşlərə və bazar günü mitinqlərinə razı olmadığını hamımız bildiyimiz halda məhz bazar günləri, məhz yürüş tələb olunub. Bununla da ictimaiyyətə əvvəlcədən məlum olub ki, elan olunmuş bu yürüş – mitinq faktiki keçirilməyəcək.
- Əlbəttə, bazar günləri, üstəlik də yürüşlər keçirmək Masavat partiyasının hüququdur. Hökumət bu hüququ təmin etməlidir. Ancaq təəssüf ki, hələlik toplumun gücü hökuməti buna məcbur edə bilmir.
- Beləliklə, həftənin bazar günlərinə yürüş – mitinqləri təyin etmək istənilən siyasi partiyanın hüququ olsa da baş tutmayacağı əvvəlcədən məlum olan mitinq müraciətinə görə bütün həftəni məşğul etmək, başqalarının və həm də real mitinq keçirmək məqsədilə etdiyi mitinq təşəbbüslərinə qısqanclıqla yanaşmaq, üstəlik müxalifətdaxili münasibətləri gərginləşdirmək üçün ardıcıl təşəbbüslər göstərmək yumşaq desək, heç də yaxşı hərəkətlər deyil.
Onun statusuna yazılan şərhlərdə isə Arif Hacılı və “Müsavat” partiyası aşağılanıb. Eyni zamanda, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri, “basta.info” saytının redaktoru, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli, AXCP Mətbuat xidmətinin rəhbəri Natiq Adilov, AXCP Nizami rayon şöbəsinin sədri Paşa Umudov, Müsavat Partiyası Səbail rayon şöbəsinin sədri Zakir İsmayıl arasında gedən polemika və ya qarşılıqlı ittihamlar diqqət kəsb edir.
N.Adilovun yazısından dərhal sonra “Müsavat” Partiyası Salyan rayon şöbəsinin sədri Nizami Osmanuşağı ona cavab yazır:
“Vallah ayıbdı. Heç olmasa adınızdan, elmi dərəcənizdən, keçmiş mübarizənizdən utanın. Görünən odur ki, bunlarla iqtidar arasında heç bir fərq yoxdu. Xalq birlik tələb edir, bunlar birliyə badalaq atır. Maraqlı olan odur ki, sıravi cəbhəçilər bu badalağa necə baxırlar? Hələ də fəxr edirlər ki..?”
Daha sonra “Müsavat” Partiyasının başqan müavini Fərəc Kərimlinin atası Raqif Kərimli bu mövzuda belə bir status yazıb:
“Gecə hakimiyyətlə bir yorğanın altında yatıb, gündüz müxalifət olmaq belə olur . Hələ bir gecələr yat, a Qurban da deyirik”.
Məsələ barədə Müsavat Partiyasının Divan üzvü, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun da statusu diqqət çəkir. ·
“Əvvəlcə Müsavat Partiyası 7 aprel tarixinə mitinq təyin etdiyini elan etdi, dünən isə Milli Şura 6 aprel tarixinə mitinq təyin etdiyini açıqladı. Bəziləri, Milli Şuranın niyə bir gün əvvələ mitinq təyin etməsi haqda mənə çoxlu suallar verirlər. İzah edirəm. Əvvəla, mən həmişə demişəm ki, kütləvi aksiya keçirmək heç bir siyasi qüvvənin inhisarında ola bilməz və hamı kütləvi aksiya keçirməkdə sərbəstdir. Yalnız bir siyasi blokda olan və bundan doğan öhdəlikləri olan siyasi partiyaların bir-birindən xəbərsiz mitinq təyin etməsi suallar doğura bilər. (Yeri gəlmişkən, İctimai Palatanın əsasnaməsinə görə, bu quruma daxil olan partiyaların ayrı-ayrılıqda mitinq keçirmək hüququ var idi) qeyd edim ki, Milli Şura, hələ Novruz Bayramından və Müsavat Partiyasının 7 aprel tarixinə mitinq təyin etməsindən əvvəl aprelin 6-da mitinq keçirmək haqqında razılığa gəlmişdi. MŞ-nın qaydalarına görə, mitinq elan edilən andan dərhal onun qızğın təbliğatına başlanılmalıdır. Əgər biz bu qərarı bayramdan əvvəl versəydik, onda bayram günlərində qızğın təbliğatla məşğul olmalı idik. Elə 30 mart tarixinə də məhz bu səbəbdən təyin edilmədi. Çünki bayramla əlaqədar bir həftəlik tətil olduğuna görə, bu halda da icra hakimiyyətinə müraciət bayramdan əvvəl göndərilməliydi. 19 yanvar mitinqindən sonra Milli Şura iki həftə aralığı ilə sistemli olaraq mitinq elan edib və rəsmi müraciət göndərib. Kimsə, düşünürsə ki, bayramla əlaqədar labüd fasilə də daxil olmaqla bu qədər uzun aradan sonra Milli Şuranın mitinq keçirmək planı olmayıb, səhv edir. Ölkənin iki ən güclü demokratik qüvvələrin dalbadal mitinq təyin etməsinin nəyi pisdir ki? Bir də, bilə-bilə ki, elan edilmiş mitinqlərə icazə verilməsi ciddi sual altındadır, onda bu narahatlıq nəyə lazımdır? İndiki reallıqda onların heç birinə icazə verilməyəcəyi daha çox gözlənəndir. Birinə icazə verərlərsə, hamı yığılıb həmin o birində iştirak edərik. Praktika göstərir ki, hakimiyyət bazar günlərinə və "Məhsul" stadionundan kənara təyin edilmiş mitinqlərə icazə vermir. İllah da ki, yürüşlərə. Həm də bu səbəbə görə Milli Şura növbəti mitinqini ertələyə bilməzdi. Hörmətli dostlar, odur ki, dedi-qodulara fikir vermədən, heç nə olmamış kimi...”
Bu statusa yazılan şərhlərdə isə belədir:
AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənli, Müsavat Partiyası Səbail rayon şöbəsinin sədri Zakir İsmayıl:
Müsavat Partiyasının Məclis üzvü Valeh Hümmətoğlu:
AXCP Gənclər Komitəsinin üzvü Elturan Rüstəmli (hazırda Polşada yaşayır):
Müsavat Partiyası Səbail rayon şöbəsinin sədri Zakir İsmayıl:
Müsavat Partiyasının üzvü Sərdar Ağayev (hazırda İsveçdə yaşayır), Müsavat Partiyası Masallı rayon təşkilatının üzvü Yasər Səfəroğlu:
Məsələyə Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı da ayrıca status həsr edib. Onun paylaşımını da təqdim edirik:
"Bütövlükdə qarşısına hakimiyyəti dəyişmək məqsədi qoyan qüvvələrin və şəxslərin səmimiyyət donu geyərək Müsavat Partiyasının 10 gün əvvəl aprelin 7-si üçün müraciət etdiyi yürüş-mitinqin əlehinə başlatdıqları əks təbliğat utancvericidir.
Necə yəni, “7-si bazar günü olduğu, həm də yürüş-mitinq olduğu üçün icazə verilmə ehtimalı yoxdur” ???
Niyə yoxdur? Harda yazılıb ki, “şənbə günü mitinq olar, bazar günü yox”?
Harda yazılıb ki, bu ölkədə yalnız mitinq ola bilər o da yalnız məhsul stadionunda?
Bütövlükdə hakimiyyət dəyişməkdən danışanlar necə olur ki, bir qeyri qanuni praseduru dəyişməyi mümkünsüz hesab edir?
(O səmimiyyət donuna bürünmüş riyakarların məntiqi ilə hakimiyyət son zamanlar şənbə günləri, Məhsulda da mitinqə icazə vermirsə, ümumiyyətlə ölkədə mitinq, yürüş üçün müraciətlərə müsbət cavab ola bilməz????)
Bilməyiniz vacibdir ki, “bazar günləri mitinq olmasın” “Xahişini” Bakı Şəhər İcra Hakimiyyətindən Bakı Şəhər Baş Polis İdarəsi edib. Həmin qurum 19 yanvar mitinqindən sonra “Məhsulda da mitinqə icazə verilməsin” “xahiş”ilə BŞİH ə müraciət edib...
Ümumiyyətlə riyakar əməllərin səmimiyyət, ləyaqət, dürüstlük kimi sözlərlə bəzədilməsi bəlası ilə üz-üzəyik.
Gözünüz özünə müxalifət deyən bütün qüvvələrin və şəxslərin üstündə olsun, lazım olan məqamda birgə mübarizədən yayınanlar qarşıdan gələn günlərdə yenə “birgə mübarizə” deyəcəklər"
Elgün
AzNews.az