“Bu, həm də hazırkı Gürcüstan hakimiyyətinin məsuliyyətsizliyinin nəticəsidir”

Hazırkı hakimiyyət Saakaşvilinin dövründəki kimi “Azərbaycan işıqsız qalıb, amma Gürcüstana işıq verdi, bundan böyük qardaşlıq ola bilməz” sözlərini bir daha yada salmalıdır

Gürcüstan və Azərbaycan əlaqələri hər zaman yaxın qonşuluq və dostluq xarakteri ilə seçilmişdir. Lakin qısa müddətdə ikinci dəfə təkrarlanan “Keşikçi dağ” məbədi insidenti dərin düşünməyə vadar edir. Əlbəttə, bu məbəd hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir.

Qafqaz Albaniyası tarixinə aid olan bu abidə kompleksi Ağstafa rayonun mərkəzindən 75 km məsafədə, Gürcustan sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar üstündə yerləşir. Albaniyada dövlət dini xristian olduğundan bütün abidələr bu dinə aid olmuşlar. Azərbaycanda isə islam dini yayıldığınan bu məbədlərə maraq göstərilməmişdir ki, bunun da nəticəsi olaraq yaxın qonşularımız olan erməni və gürcülər bu tarixi abidələri ozününküləşdirərək öz tarixi abidələri kimi qələmə verməyə çalışmışlar. Əlbəttə, keçmiş SSRİ zamanı bu cür abidələr və tarixi memarlıq obyektləri problem yaratmadan və araşdırmaya məruz qalmadan hər kəsə aid idi, bu ərazidə hətta o zaman təlim poliqonun yerləşdiyindən bu ərazilərdə gəzmək belə qadağan edilmişdi. “Keşikci dag” mağarası yalnız müstəqillik dövründən sonra araşdırılma obyektinə çevrildi və əcdadalarımızın bizə miras qoyduğu bu abidəyə insanlar tərərfindən də maraq artdı.

Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə mənbəyi olaraq qalır. 1996–cı ildə Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya yaradılmışdır. Amma bu iki ölkə arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin müəyyən hissəsinin yerləşdiyi ərazi razılaşdırılmayıb. İnsidentin bu qısa zamanda və ikincisinin daha da gərginliyə səbəb olması, artıq əsgərlərin üstünə hucum cəkilməsi, silahlarının əlindən alınması və təhgir edlməsinə Gürcüstan XİN-in dediyi kimi kiçik insident adlandırmaq olmaz. Bunun altında yatan istək, torpaq iddiası, silahlı qüvvələrimizə göstərilən təyziq artıq dövlətimizə, millətimizə, əsgərimizə və dövlətçiliyimizə uzanan dil və əl kimi dəyərlədirilməlidir. Əlbətdə Azərbaycan hər zaman ki kimi həm yaxın qonşularla həmdə uzaq olkələrlə öz millətinin mənafeyini güdərək balanslı və sülhsevər siyasətini göstərməkdə davam edir. Lakin bu demək deyil ki, 30il öncə qöstərdiyi loyalıq nəticəsində Ermənstanla başlanan münagişə bugündə Gürcüstana göstəriləcək. Azərbaycan öz sülhsevərliyini ağır ödədi və birdə bu səfvə yol verməməlidir və verədə bilməz. Nə millət olaraq nədə dövlət olaraq. Əlbəttə, Azərbaycan yaxın qonşuları ilə müharibə etmək fikrində deyil, daha cox diplomatik yolla həll etməyə calışacaq, lakin unutmaq olmaz ki Gürcüstanın bu addımları tək başına veriləcək qərar deyil. Vaxtilə Ermənistanda torpaqları işgal edərkən öz ağlına və gücünə qüvənməmişdir. Eyni məsələdə bügün Gürcüstana aiddir. Əslində yaxın dediyimiz qonşular hər zaman yaxın olmur və dövlət maraqları və iddiaları bu münasibətləri üstələyir. “Keşikçi dağ” məsələsi iki qonşu dövlət arasındakı münasibətlərin korlanması və Azərbaycanın ikinci münaqişə zonasında müharibəyə cəlb edilməsinin ən rahat yoludur. Azərbaycan bu gün regionun qabaqcıl ölkəsi olaraq bu münagişəyə başlayarsa bu reqion inkişaf etməkdən qalar, bütün proektlər dayanar, pul axını kəsilər və tək Azərbaycan deyil, bütün yaxın dövlətlərdə ac və səfil halına düşər. Azərbaycanın bütün tərəfdaşlıq etdiyi dövlətlərə xeyri dəydiyi göz qabağındadır.

Regionun inkişafdan dayanması və xarabalığa çevrilməsi kimə lazım ola bilər? Əlbəttə ki hər zaman böyük iddialarla yaşayan böyük dövlətlərə. Təəssüf ki, bunu yaxın qonşular anlamayaraq və ya bilərəkdən bu oyunu oynayanların əlinə su tökməkdə davam edirlər. Azərbaycan hər kəslə savaşa bilməz, bir munaqişəni bitirmədən ikinci münaqişəyə girə bilməz. İndi söz diplomatiyanındır.

Artıq Gürcüstan səfiri XİN-ə dəvət olunaraq məsələ izah olunmuş və tədbir görülməsi istənilmişdir. Əsgərlərimizin xoş niyyət göstərərək rütubətli hava şəraitində xarab olmasın deyə məbədin üstündəki ikonaların çıxararaq gürcülərə təhvil verilməsi bu qədər insidentə gətirib çıxarırsa, əlbəttə ki bu, artıq həm də hazırkı Gürcüstan hakimiyyətinin məsuliyyətsizliyinin, vətəndaşlarını izahat vermək üçün astagəl münasibətinin nəticəsidir. Hazırkı hakimiyyət Saakaşvilinin dövründəki kimi “Azərbaycan işıqsız qalıb, amma Gürcüstana işıq verdi, bundan böyük qardaşlıq ola bilməz” sözlərini bir daha yada salmalıdır. Əks halda Gürcüstanın işığı da, qazı da kəsilə bilər, belə aqibəti heç zaman göz ardı etməsinlər.

Ramiyə Məmmədova

Politoloq, siyasi ekspert