Əli Kərimli nə vaxt özünə nələr sərf edirsə, onu da danışır Əli Kərimli nə vaxt özünə nələr sərf edirsə, onu da danışır

Qarabağda “döyüşən” yalançının yeni absurdu

Əli Kərimli nə vaxt özünə nələr sərf edirsə, onu da danışır

Bu yaxınlarda müsahibələrimin birində onun Qarabağda döyüşməsi barədə ağ yalanları haqqında demişdim ki, bu adam çox asanlıqla yalan danışır. Yalançı yaddaşsız olduğu üçün elə bilir hamı yaddaşsızdır.

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev AXCP sədri Əli Kərimlinin Ermənistan Baş naziri Nikol Paşinyan haqda fikirlərini şərh edərkən deyib.

Q.Həsənquliyev bildirib ki, Ə.Kərimli o vaxt xarici səfəri zamanı işlətdiyi sözlərə görə onun xaricə çıxışına məhdudiyyət qoyulmuşdu:

“O, Brüsselə son səfəri zamanı görüşlərindən birində rəsmən bəyan etmişdi ki, Azərbaycanda indiki iqtidarın hakimiyyətinin davam etməsi sülhə təhlükədir. Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Elə bu çıxışından sonra hökumət ona xarici səfərlər üçün yeni pasport vermədi. Onun çıxışı “Azadlıq” qəzetində dərc olunmuşdu və hətta o da xüsusi vurğulanmışdı ki, o, ingiliscə çıxış edib. O zaman mən efirdən onun qəzetdəki çıxışını göstərərək demişdim ki, bu adam hakimiyyət naminə, ermənipərəst xarici dairələrin dəstəyini almaq üçün xəyanət yolu tutaraq münaqişənin mahiyyətini təhrif edir. Qarbağ münaqişəsi ermənilərin Azərbaycanda hüquqlarının pozulmasına görə başlamayıb, bu münaqişə Ermənistanın Qarabağı özünə birləşdirmək istəyinə görə başlayıb. Onu da vurğulamışdım ki, ən qanlı döyüşlər iki demokrat prezident - Elçibəy və Levonun dövründə baş verib. O zaman onlar niyə problemi danışıqlar yolu ilə həll etməyiblər?!”

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Əli Kərimli nə vaxt özünə nələr sərf edirsə, onu da danışır:

“Qərb Ermənistanı Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. 1992-ci ilin dekabırında ABŞ işğalçı Ermənistana yox, təcavuzə məruz qalan Azərbaycana sanksiyanı da məhz Əli Kərimli hakimiyyətdə olanda tətbiq edib. Ona görə də onun cəfəng çıxışlarına qulaq asmaq lazım deyil”.

Qeyd edək ki, Əli Kərimli son açıqlamasında Ermənistanın demokratikləşməsinin Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda İrəvanın mövqeyini gücləndirəcəyi “xəbərdarlığını” etdiyini dilə gətirib.

AzNews.az