Elçin Mirzəbəylidən radikal siyasi düşərgəni qiymətləndirmə

"Bu onların gerçək siması, mahiyyətidir"

"Bu gün Rəşad Atakişiyevin dəfn mərasimini siyasiləşdirməyə çalışanlar, guya mərasimə "müxalifət nümayəndələrinin buraxılmadığını" iddia edənlər son 25 il ərzində etdikləri siyasi tərbiyəsizlikləri, Azərbaycan xalqının minillərin sınağından keçərək bu günümüzə qədər gəlib çıxmış dəyərlərini necə ayaqlar altına atdıqlarını nə tez unudublar? Bəlkə Əbülfəz Elçibəyin vida mərasimində sərgilədikləri misli görünməmiş tərbiyəsizliyi xatırladaq onlara". "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli səsləndirib: "Dövlətçilik ənənələrini, öncədən əldə olunmuş razılaşmanı, protokolu, etik davranış qaydalarını necə kobudcasına, aşırı tərbiyəsizliklə pozduqlarını çırpaq taxta qafalarına? Bəlkə Elmar Hüseynovun dəfnini xatırladaq, yaxud Əbülfəz Elçibəyin qəbirüstü abidəsi ilə bağlı məsələni necə siyasi alver predmetinə çevirdiklərini bircə - bircə gözləri önünə sərgiləyək? Əbülfəz Elçibəyin xanımının vəfatı, dəfni və yas mərasimi ətrafında sosial şəbəkələrdə apardıqları iyrənc kampaniyanı yadlarına salaq bəlkə?". Elçin Mirzəbəyli daha sonra qeyd edib: "Ayağı dəyən yerdə ot bitməyən siyasi kosanın, fit müxalifətinin tör-töküntüləri yalnız ölkənin siyasi münasibətlər sisteminə zərbə vurmayıblar, bizi biz edən dəyərləri, etik davranış qaydalarını, siyasi dövlət əxlaqını hədəfə alıblar. Bu onların gerçək siması, mahiyyətidir".