Təsadüfi deyil ki, onun məlum əmisi oğlunun silahlı şəkilləri interneti bürüyüb Təsadüfi deyil ki, onun məlum əmisi oğlunun silahlı şəkilləri interneti bürüyüb

"Əli Kərimlinin gözünə barıt çəlləyi dəyirsə..."

Təsadüfi deyil ki, onun məlum əmisi oğlunun silahlı şəkilləri interneti bürüyüb

“Əli Kərimli və başının dəstəsi istəyir ki, Azərbaycanda həqiqətən də qarışıqlıq düşsün, vətəndaş qarşıdurması olsun. Çünki onlar normal siyasi mübarizə yolu ilə siyasi iddialarını gerçəkləşdirə bilməyəcəklərini çoxdan dərk ediblər. Ona görə də ictimai rəyi çaşdırmağa, vətəndaşları qızışdırmağa, sabitliyi pozmağa rəvac verən fikirlər tirajlayırlar. Halbuki Azərbaycan hər zamankı kimi öz sabit və sakit həyatını yaşayır, insanlarımız ölkənin bu durumundan məmnundurlar".

Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları anlayır ki, demokratiya adı altında bizə sırınan “dəyərlər”, əslində ölkəmizi Suriyanın, Liviyanın, İraqın gününə salmağa hesablanıb: "Ona görə də Əli Kərimli kimi uğursuz siyasətçilərin boşboğazlığına heç kim diqqət kəsilmir. Əksinə, insanlarımız sabitliyi pozmaq istəyənlərə qarşı hər zamankı kimi qətiyyətli mövqedədir. Hakimiyyətin narahatlığına gəlincə, bu da Əli Kərimli kimilərin cəfəng uydurmasıdır. Azərbaycan hakimiyyəti heç də narahat durumda deyil. Əksinə, ölkədə aparılan islahatlar, özəlliklə də işçi və təqaüdçülərin qazancının yüksəldilməsi Azərbaycan hakimiyyətinin mövqelərini daha da möhkəmlədib, ona olan inamı artırıb. Əgər Əli Kərimlinin gözünə hardasa barıt çəlləyi dəyirsə, bunu öz yaxın ətrafında görür yəqin. Təsadüfi deyil ki, onun məlum əmisi oğlunun silahlı şəkilləri interneti bürüyüb. Belə anlaşılır ki, onların əlində barıt çəlləyi də var. Lakin unutmasınlar ki, Azərbaycan xalqı o barıt çəlləyini bu ölkəni qarışdırmaq istəyənlərin başında partlatmağı yaxşı bilir”. (SİA)