Partiyadan bunun səbəbini noyabrın 12-nə təyin olunmuş piketlə əlaqələndirirlər Partiyadan bunun səbəbini noyabrın 12-nə təyin olunmuş piketlə əlaqələndirirlər

Müsavat Partiyasının rəhbər şəxsləri polisə çağırıldı

Partiyadan bunun səbəbini noyabrın 12-nə təyin olunmuş piketlə əlaqələndirirlər

Müsavat Partiyasının rəhbər şəxsləri polisə çağırılıb.

AzNews.az xəbər verir ki, partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı, partiya sədrinin müavini Səxavət Soltanlı və partiyanın bir neçə funksionerləri bu gün polis şöbəsində olublar.

Bu barədə partiyadan məlumat verilib. Bunun səbəbini isə noyabrın 12-nə təyin olunmuş piketlə əlaqələndirirlər.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısına piket təyin edib. Amma BŞİH onlara riket keçirməyə icazə verməyib.

Bahar RÜSTƏMLİ

AzNews.az