Proses zamanı namizədlərin sayının dəyişməsi də mümkündür Proses zamanı namizədlərin sayının dəyişməsi də mümkündür

AĞ partiya seçki ilə bağlı qərar verdi - 25 namizədlə...

Proses zamanı namizədlərin sayının dəyişməsi də mümkündür

AĞ Partiya növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarını açıqlayıb.

AzNews.az xəbər verir ki, partiya sədri Tural Abbaslı parlament seçkilərində 25 namizədlə iştirak edəcəklərini bildirib:

“İdarə Heyətinin 07.12.2019-ci ildə növbəti həftəlik toplantısı keçirilib. Toplantı gündəliyinin əsas məsələsindən biri də növbədənkənar parlament seçkiləri və partiyanın bu vəziyyətdə atacağı addımlar oldu. Yekunda məsələ səsverməyə çıxarılaraq qərar qəbul edilib. İlkin hesablamalara əsasən bu seçkidə AĞ Partiya 25 namizədlə iştirak etmək niyyətindədir. Proses zamanı namizədlərin sayının dəyişməsi də mümkündür”.

Bahar RÜSTƏMLİ

AzNews.az