- Siyasi müzakirə
- 11 Dekabr 2019 10:04
- 3 198
Sabir Rüstəmxanlı qərar verdi: seçkiyə gedir

Namizədlərin sənədləri seçki dairələrinə təqdim ediləcək
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bu barədə AzNews.az-a partiyanın icra aparatının rəhbəri Samir Əsədli bildirib.
O, qeyd edib ki, VHP Siyasi Şurası seçkilərə qatılmaq barədə qərar verib:
“Bu gün Siyasi Şuranın qərarları və səlahiyyətli nümayəndələrin sənədləri MSK-ya təqdim edilib. MSK VHP-nin səlahiyyətli və maliyyə məsələləri üzrə numayəndələrini təsdiq edəndən sonra namizədlərin də sənədləri seçki dairələrinə təqdim ediləcək. Sabir Rüstəmxanlının da namizədliyi irəli sürüləcək"
Bahar RÜSTƏMLİ
AzNews.az