- Siyasi müzakirə
- 16 Yanvar 2020 18:02
- 3 630
Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək
Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatıb.
Bu gün 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesinə son verilib.
17 yanvar - 8 fevral tarixlərində isə qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası aparılacaq.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
AzNews.az