Bu barədə MSK üzvü Qabil Orucov məlumat verib Bu barədə MSK üzvü Qabil Orucov məlumat verib

Ziyad Səmədzadənin saxta mandatı təhlükədə - 4 məntəqənin nəticələri ləğv olundu

Bu barədə MSK üzvü Qabil Orucov məlumat verib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən olan namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.

AzNews.az-ın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları öz əksini tapmayıb: “Protokollar əsasında 17, 23, 25 saylı seçki məntəqəsində, elektron daşıyıcı vasitəsilə təqdim edilən görüntülərdən isə 14 saylı seçki məntəqəsində məntəqə komissiya üzvləri tərəfindən qanunvericiliyin bu və ya digər şəkildə pozulması halları müşahidə edilib. Təklif edirəm ki, 14, 17, 23, 25 saylı seçki məntəqələrində səsvermənin nəticələri eribarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 14, 17, 23, 25 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Şikayət qismən təmin edilib.