- Siyasi müzakirə
- 10 Aprel 2020 13:34
- 4 650
Ərdoğan Zirvə görüşünə görə Azərbaycan Prezidentinə təşəkkür etdi

“Buna görə dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü çatdırıram”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
AzNews.az-ın məlumatına görə, Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir: “Buna görə dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü çatdırıram”.