Azərbaycan XİN Danimarkanı təbrik etdi

"Danimarka xalqına möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq diləyirik”

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkanı Konstitusiya günü münasibətilə təbrik edib.

AzNews.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

“Danimarka Krallığının Milli Bayramı olan Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost Danimarka xalqına möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq diləyirik”.