"Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır" "Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır"

PA rəsmisi: “Azərbaycanda siyasi islahatların yeni mərhələsi başlanıb”

"Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır"

“Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılması ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəlir”.

AzNews.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır: “Bu da iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir”.