- Rusiya və İran
- 13:27
- 1 164
Rusiyada mədən səhasində uçqun: 6 nəfər ölüb
Rusiyaya bağlı Buryatiya Muxtar Respublikasının Muyski rayonunda yerləşən mədən sahəsində yol tikintisi zamanı qar uçqunu baş verib.
Hadisə zamanı ərazidə çalışan 9 işçi uçqun altında qalıb, onlardan 3-ü öz imkanları ilə xilas ola bilib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinə bağlı təxminən 60 nəfərlik heyət mədən sahəsinə çataraq uçqun altında qalan 6 işçinin axtarışına başlayıb.
Cəsədləri tapıldı
Gün ərzində davam edən axtarış-xilasetmə işləri zamanı daha bir qar uçqununun baş verdiyi, lakin xilasedicilərin bu təhlükədən qaçaraq xilas olduğu bildirilib.
Nazirliyin yaydığı yazılı açıqlamada uçqun altında qalan 6 işçinin cəsədinin tapıldığı qeyd olunub.
Hadisə ilə bağlı Rusiyanın İstintaq Komitəsi və Buryatiya prokurorluğu tərəfindən araşdırmaya başlanıldığı açıqlanıb.
Mövsüm,
AzNews.az