Hikmət Hacıyev “Twitter”də yazıb Hikmət Hacıyev “Twitter”də yazıb

"Ermənistanın raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi"

Hikmət Hacıyev “Twitter”də yazıb

Ermənistan tərəfindən raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi.

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinədək Ermənistan Azərbaycanın enerji infrastrukturuna, xüsusilə də Mingəçevir su anbarına raket zərbələri ilə təhdid edirdi:

“Son dövrlərdəki raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi”.