Öz hakmiyyətini qorumaq məqsədi ilə Paşinyan xalqa yalan məlumatlar verirdi Öz hakmiyyətini qorumaq məqsədi ilə Paşinyan xalqa yalan məlumatlar verirdi

Niyaməddin Orduxanlının bu açıqlamasına bir günə 566 000 baxış olub

Öz hakmiyyətini qorumaq məqsədi ilə Paşinyan xalqa yalan məlumatlar verirdi

BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlının Ermənistan baş naziri Paşınyanın diktatura rejimi qurması ilə bağlı verdiyi açıqlamanı yayan Rusiyanın "Редиска" kanalının YouTube səhifəsində bir günə 566 000 nəfər baxış olub və on mindən artıq şəsx like edib.

AzNews.az Trend-ə istinadən bildirir ki, Orduxanlı Paşınyanın bu gün ölkəsində rəqiblərini, generalları, nazirləri həbsə atması, etiraz edən şəxslərin Ermənistanın küçələrində meyitlərinin tapılması və digər faktlara Qərb dairlərinin sükutla qarşılamasını qeyd edib.

N.Orduxanlı bildirib ki, ermənilər heç zaman inanmırdı ki, adını "Ohanyan istehkamı" qoyduqları istehkam bir neçə günə darmadağın olunar: “Yüksək səviyyədə hazırlıqlı və qorxmaz, cəsur əsgərlərimizin şücaəti nəticəsində erməni ordusu böyük itkilər verməyə başlayanda Paşinyan bunu məqsədli şəkildə gizlədirdi və mətbuatda yalan məlumatlar yayırdılar. Çünki erməni ordusunun məhv olmasını desəydi, Paşinyan hakimiyyətinə qarşı böyük nifrət yarana bilərdi.

Öz hakmiyyətini qorumaq məqsədi ilə Paşinyan xalqa yalan məlumatlar verirdi. Paşinyan bütün müxalif qüvvələri sıradan çıxardırdı. Keçmiş rəqibi, prezident olmuş Koçaryanı həbsə atdırmışdı, keçmiş nazirləri, generalları həbs etdirmişdi. Bundan başqa, mətbuat nümayəndələrini, QHT sədrlərini həbs etdirmişdi.

Paşınyan müharibə başlamamışdan qabaq öz dikdatrura rejimini qurmuşdu və bu gün də həmin prisinplərlə öz hakimiyyətini qoruyur və idarə edir. Noyabrın 10-da parlamentə hücum edən gənclərin bu gün meyitləri kücələrdən tapılır, həbslər olunur. Bununla o, xalq arasında qorxu yaradır. Ancaq nədənsə adlarını demokratik ölkə qoyanlar, təşkilatlar Paşınyanın bu addımlarına susur. Niyə? Qəddarlıqla öz hakmiyyətini qoruyub saxlayan Paşinyan rejiminə heç bir beynəlxalq təşkilat etiaz etmir. Bu suala həmin dövlətlər cavab verməlidir”.

Kanalın yaydığı reportajın videosunu təqdim edirik.