"Xocalı qatillərinin cəzalarını almaları üçün bütün imkanlardan istifadə etməliyik"

"Körpə uşaqların qatillərinə heç bir cəza verilməyib"

"Xocalı qatillərinin cəzalarını almaları üçün bütün imkanlardan istifadə etməliyik"
"Xocalı hadisəsi bəşəriyyətin faciəsidir və 29 il bundan öncə baş vermiş hadisənin bu gün də günahkarları hələ də öz layiqli cəzalarını almayıblar".
Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri, siyasi şərhçi Niyaməddin Orduxanlı deyib.
Sədr müavini bildirib ki, Xocalı soyqrımını törədən qatillər beynəlxalq hərbi tribunalar qarşısında cavab verməlidir:
"Bu cinayəti törədən Sarksiyan, Köçəryan hətta beynəlxalq təşkilatlarda yüksək tribunalarda əyləşdilər. Sarksiyan Avropa Şurasının tribunasından çıxış edir. Ancaq bu adam dərhal həbs olunmalıydı. Bu hadisələri törədən onlarla faktlar olduğu ola-ola Ermənistan rəhbərlərinin azərbaycanlılara qarşı son 30 ildə törətdikləri, terror, qatil xislətlərini əks etdirən hadisələr, faktlar görməməzliyə vururlar. Ancaq bu təşkilatlar özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərirlər. Körpə uşaqların qatillərinə heç bir cəza verilməyib. Bu qatillər Xocalı faciəsini məqsədli şəkildə həyata keçirdiblər. Və buna da nail olublar. Planlaşdırılmış soyqırım ona hesablanmışdır ki, müharibə dövründə həmsərhəd olan rayon əhalisinin gözünü qorxudub, daha çox ərazini zəbt etsinlər.

Sarksiyan özünün etiraflarında bildirir ki, azərbaycanlılar inanmırdı ki, biz Xocalıda bu addımı ata bilərik. Bu etirafın özü müəyyən edir ki, məqsədləri mülki vətəndaşları kütləvi şəkildə Qarabağ və ətraf rayonlarından didərgin salmaq olub və o zaman 800 mindən artıq soydaşımız öz evlərindən qaçqın düşüblər. Və bu gün bu vəhşilər, qatillər beynəlxalq hərbi tribunaların qarşısında cavab verməlidir. Ancaq bu hərbi xunta rejiminin rəhbəri olmuş Köçəryan-Sarkisyan cütlüyü Ermənistanda yenidən hakimiyyətə qayıtmaq üçün revanşist qüvvələr kimi ortalığa çıxıb. Və yenidən hakimiyyətə qayıtmaq istəyirlər. Körpə qatilləri mütləq cəzalarını almalıdılar. Bunun üçün bütün imkanlardan istifadə etməliyik".