"Jirinovski uzun illərdi ki, Azərbaycan dövlətini hədəfə alıb" "Jirinovski uzun illərdi ki, Azərbaycan dövlətini hədəfə alıb"

"Alkaş Jirinovski kimi donuzu Azərbaycana buraxmamalıyıq"

"Jirinovski uzun illərdi ki, Azərbaycan dövlətini hədəfə alıb"

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri siyasi partiyaların da ciddi narazılığına səbəb olub. BAXCP sədrinin müavini, tanınmış politoloq Niyaməddin Orduxanlı "Xalq Cəbhəsi.az" saytına açıqlamasında bildirib ki, Jirinovskinin bu cür sərsəmləməsi ilk hadisə deyil və artıq Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi olaraq Rusiyaya nota verməlidir:" Jirinovski uzun illərdi ki, Azərbaycan dövlətini hədəfə alıb. Və təlxək kimi tanınan bu səfeh və axmaq adam hər zaman keçmiş sovet respublikaları xalqlarına düşmənçiliklə dil uzatmağı ilə seçilir. Hamımız da çox yaxşı bilir ki, bu axmaqdan istifadə edirlər. Müstəqil dövlətlərin daxili işlərinə qarışmaq üçün bu məxluqdan yararlanırlar. Artıq quduran Jirinovski Azərbaycana qarşı və onun Ali Baş Komandanı İlham Əliyvə qarşı təhqir dolu ifadələr işlədir. Bayaq sosial şəbəkədə status da yazdım. Dövlətimizə və onun simvolu olan İlham Əliyev qarşı bu cür təhqirlərə yol verən Jirnovskiyə görə Azərbaycan dövləti Rusiya dövlətinə rəsmi nota verməlidir! Dövlətimizin kəskin mövqeyini Rusiya rəsmilərinin diqqətinə çatdırmalıyıq."
Niyaməddin Orduxanlının sözlərinə görə, İlham Əliyev uzun illərdi qonşu Rusiya dövləti ilə dostluq, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, dövlətlərarası münasibətlərin normal inkişaf olunması siyasətini aparır:" Bütün bunlar faktdır. Cənab Prezident İlham Əliyev hər zaman qonşu Rusiya dövləti ilə dostluq münasibətlərinin inkişafında maraqlı olub. Azərbaycanda rus dilli məktəblərin açılması, rus icmasına olunan diqqət və qayğı və digər faktlar bütün bunlara sübutdur. Rusiya Azərbaycan münasibətlərinə kölkə salmağa cəhd edən alkas və donuz sifətli Jirinovskini Azərbaycan XİN "arzulanmaz" şəxs elan edib, bir daha müstəqil Azərbaycan dövlətinə buraxmamalıdır. Azərbaycan cəmiyyəti XİN-i hörmətli Ceyhun Bayramovdan bunu gözləyir. Xalqımız Jirinovskinin bu həqarətinə çox kəskin mövqeyini ifadə edir! Zaman zaman bu təlxək qardaş Türkiyə dövlətinə qarşı da bu cür tərbiyəsizlik edib."

Aznews.az