Arzuxan Əlizadə: “Beynəlxalq konfrans Azərbaycan və Türkiyə Cümhuriyyətinin hakim partiyalarının təşkilatçılığı ilə keçiriləcək” Arzuxan Əlizadə: “Beynəlxalq konfrans Azərbaycan və Türkiyə Cümhuriyyətinin hakim partiyalarının təşkilatçılığı ilə keçiriləcək”

“Şuşa Bəyannaməsinin bir illiyindəki tədbirə müxalifət də dəvətlidir”- Partiya sədri

Arzuxan Əlizadə: “Beynəlxalq konfrans Azərbaycan və Türkiyə Cümhuriyyətinin hakim partiyalarının təşkilatçılığı ilə keçiriləcək”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətiylə təşkil olunan Şuşa səfəri ilə bağlı AzNews.az analitik-informasiya portalına açıqlama verib.

Partiya sədri bildirir ki, Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olması münasibətiylə 15 iyunda Şuşada böyük bir tədbir keçiriləcək.

“Tədbirdə Türkiyədən çoxsaylı qonaqların iştirakı nəzərdə tutulur. Şuşa Bəyannaməsinin bir illiyindəki tədbirə müxalifət də dəvətlidir.

Beynəlxalq konfrans Azərbaycan və Türkiyə Cümhuriyyətinin hakim partiyalarının təşkilatçılığı ilə keçiriləcək.
Dəvət Yeni Azərbayxan Partiyasından gəlib. Eyni zamanda səfərin təşkilində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi əsas təşkilatçıdır. Artıq
ölkədə fəaliyyət göstərən dövlət qeydiyyatından keçmiş siyasi partiya rəhbərləri ilə Şuşadayıq.
Sabah beynəlxalq konfransın açılışı olacaq. Bu qüruverici hadisədir.
Yol boyu azad olunmuş ərazilərin bərpa-quruculuq işləri ilə tanış olduq.
Sabah burada qardaş Türkiyə Cümhuriyyəti nümayəndələri ilə birlikdə Şuşa Bəyannaməsinin imzalanmasının bir iliyi münasibəti keçirilən konfransda iştirak edəcəyik.
Bu bütün Azərbaycan xalqının arzularının reallaşmasıdır. Şuşa başda olmaqla bu ərazilərdə Azərbaycan vətandaşları məskunlaşacaq. Təbii ki, buna qədər də bir sıra bərpa-quruculuq işləri, kommunikasiya xətlərinin yenidən qurulması prosesi ilə bağlı işlər görülməlidir”, - deyə Arzuxan Əlizadə qeyd edib.

Şəbnəm Zahir