Müsavat Partiyası təkrar dövlət qeydiyyatına alınıb

Ədliyyə Nazirliyi Müsavat Partiyasının üzvlərinin reyestrini təsdiqləyib.

Aznews.az xəbər verir ki, bunu Müsavat Partiyasının Divan üzvü Mustafa Hacıbəyli bildirib.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası, AĞ Partiya, Vətəndaş Həmrəyliyi, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Xalq Partiyasının üzvlərinin reyestri təsdiqlənib.