İlham Əliyevin Xankəndidə səs verməsi revanşist erməniləri qəhr edib - AÇIQLAMA

"Edmon Marukyanın marıqda dayanması absurddur"

Bu barədə "Pragma" İctimai Birliyinin sədri Taleh Şahsuvarlı açıqlama verib. O, sözlərinə belə davam edib: "Bəli, Ermənistan və hamiləri Azərbaycan liderinin Xankəndidə səsverməyə qatılmasından sözün bütün mənalarında qəhr olublar. Ancaq revanşist ermənilərin İlham Əliyevin Xankədidə səs verməsinə hüquqi arqumentlə hücum etməsi mümkün deyil. Belə cəhdlər hüquqşünaslarda gülüş doğurur. Çünki Azərbaycan qanunları seçicilərə daimi qeydiyyatda olduğu ərazini əhatə edən məntəqədən çıxarış almaqla respuiblikanın istənilən ərazisində səs verməyə imkan yaradır. Xankəndi Azərbaycandır və ölkəmizin bütün ərazilərində Azərbaycan qanunları keçərlidir".

Xatırladaq ki, "İlham Əliyev heç vaxt Stepanakertdə səs vermək üçün Azərbaycan qanunlarına görə qeydiyyatdan keçməyib" deyə bu gün Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan Azərbaycandakı prezident seçkiləri ilə bağlı İrəvan mediasına açıqlama verib.

Aznews.az