Elçin Mirzəbəyli bu seçki dairəsindən namizəd oldu

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) partiyasının sədr müavini, tanınmış siyasi şərhçi Elçin Mirzəbəylinin deputatlığa namizədliyi irəli sürülüb.

Aznews.az xəbər verir ki, Elçin Mirzəbəyli ƏHD-in namizədi kimi 90 saylı Ağsu seçki dairəsində mübarizə aparacaq.

Qeyd edək ki, həmin dairədən hazırki deputat Tahir Kərimlidir. O parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb.