- Siyasi müzakirə
- 13 Avqust 11:15
- 1 982
47 saylı Sumqayıt–Abşeron-Qaradağ seçki dairəsində treninqlər keçirilir
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar 47 saylı Sumqayıt–Abşeron-Qaradağ seçki dairəsində məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir. Üç gün davam edəcək təlimlər seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaq məqsədi daşıyır. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, gündə iki sessiya olaraq keçirilən üçgünlük treninqlərdə 41 məntəqədən 246 nəfərin iştirakı nəzərdə tutulub.
Təlimlər zamanı MSK tərəfindən hazırlanmış slaydlardan və əyani vəsaitlərdən istifadə edilərək iştirakçılara səsvermə günü məntəqənin açılmasından başlayaraq sonadək zəruri prosedur qaydalar haqqında müfəssəl məlumat verilir. Eyni zamanda, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair məlumatlar da diqqətə çatdırılır.
Sonda iştirakçılara mövzu ilə bağlı yaddaş kitabçası təqdim edilir.