- Siyasi müzakirə
- 14 Fevral 2025 17:02
- 6 831
Bu seçki məntəqələrində nəticələr ləğv edilib
Bəzi bələdiyyələr üzrə seçkinin nəticələri etibarsız hesab edilib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunları ilə bağlı iclasında deyib.
O qeyd edib ki, 81 saylı İmişli (Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib.
90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.
AzNews.az