"Müştəri dedi əladır, amma özümün xoşuma gəlmədiyi üçün pul götürmədim..." "Müştəri dedi əladır, amma özümün xoşuma gəlmədiyi üçün pul götürmədim..."
  • Hadisə
  • 8 Yanvar 2019 16:32
  •  6 945

“Bacarığımı biznesə çevirdim” – Gənc şirkət rəhbəri ilə söhbət

"Müştəri dedi əladır, amma özümün xoşuma gəlmədiyi üçün pul götürmədim..."

“30 Altı” layihəsinin bu günkü qonağı Azərbaycanda “Beyaz decoration” adı ilə tanınan şirkətin rəhbəri gənc xanım Bəyaz Məcidovadır.

- Özünüzü təqdim edərdiniz?

  • Bəyaz Məcidova. 1993-cü il təvəllüdəm. Hazırda ikinci təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıram. Eyni zamanda xarici şirkətlərin birində dizayner və SMM mütəxəssis olaraq işləyirəm. Şəxsi biznesim də öz yerində.

- “Beyaz decoration” şirkətini yaratmaq fikri hardan yarandı?

  • Əslində ilk fikir rəfiqəmdən gəldi. Mənə bir şokolad forması göndərdi ki, bundan edə bilərsənmi? Daha sonra bir neçə tanışıma da ad günlərində şəkilli şokoladlar hazırlayıb hədiyyə etdim. Bir gün paylaşım edən tanışlardan birinin tanışı mənə yazdı, sifariş vermək istədi. Beləliklə, özüm də bilmədən ilk sifarişi götürdüm və daha sonra bu bacarığımı biznesə çevirmək qərarına gəldim. İlk başda sadəcə, şokolad düzəltməklə başlamışdım, ancaq indi bir çox hədiyyə növləri mövcuddur, eyni zamanda dekor işləri də görürük. Təbii ki, hələ işin başındayam.

- Neçə ildir bu işlə məşğulsunuz? Uşaqlıqdan həvəsli idinizmi?

  • 8 apreldə "3 yaşım" olacaq. Uşaqlıqdan bəri şəkil çəkməyə, nələrsə düzəltməyə həvəsim var idi. Elə bu həvəsimə görə indi dizayner olmuşam. Dizayn bacarıqlarımı da işimdə istifadə edərək zövqlü və keyfiyyətli işlər görməyə çalışıram.

- Nə vaxtsa sizdən sifariş verib narazılıq edən olubmu?

  • Olub, əlbəttə. Heçkəs qüsursuz iş görə bilməz. Məsələn, ilk vaxtlarda taxta breloklar hazıradıqda nazik taxtadan istifadə edirdim. Bu barədə şikayət gəldi bir dəfə ki, çox nazikdi. Daha sonra onu düzəldərək daha qalın taxtada, daha yaxşı aparatla işləməyə başladım. Feedback bildirilməsini sevirəm, bu, məni inkişaf etdirir. Ancaq əsasən şikayət edilməsini istəmədiyim və işimin qüsursuz olmasına çalışdığım üçün dəfələrlə eyni sifarişi müştəriyə vermədən təkrar hazırlatdırmışam. Hətta bir dəfə müştəri baxıb "əla alınıb" dediyi fincanı mən 3 dəfə təkrar hazırlamışdım və yenə də tam xoşuma gəlmədiyi üçün müştəridən pul götürməmişdim.

- Problemli müştəriləriniz olurmu? Nə kimi problemlər yaradırlar sizə?

  • Olur. Bu barədə danışmaq istəmirəm. Ancaq onların yaratdığı problemlərdən dərs çıxarıram ki, təkrar eyni halla qarşılaşmayım.

- Digər ölkələrdən sizdən sifariş edən olur?

  • Türkiyədən olub. Hətta burda hazırlatdırıb Türkiyəyə aparanlar da olub. Nişan şokoladı demək olar ki, bir çox bölgələrdən və Türkiyədən sifariş olunur.

- Dekorların hazırlannası əsasən öz ideanızdır, yoxsa köməkçiləriniz var?

  • Öz ideyalarım da olur, müştərilərin istəyinə uyğun hazırladıqlarım da. Əslində bunun üçün çox tezdir, ancaq çalışıram ki, gələcəkdə elə bir inam yaradım ki, müştəri dekor işinin ideyasını tam olaraq mənə həvalə etsin. Təəssüf ki, indiki zamanda bu, bir az çətindir. Hər kəs gözü ilə gördüyünü istəyir, yeniliklərə açıq olanlar azdır. Ancaq inanıram ki, gələcəkdə zövqümə güvənənlər çox olacaq.
    Hətta onu deyim ki, hansı hədiyyə və ya dekor sifarişində zövqümə güvənilibsə, ən gözəl işlər onda ortaya çıxıb.

- Təhsiliniz üzrə çalışmaq fikriniz varmı? Yoxsa artıq bu sahədə formalaşmaq istəyirsiniz?

  • Təhsilim marketinqdir. İşimin də marektinglə bağlılığı var. Ona görə də çox rahatdır bu işləri görmək.

- Rəqib gördüyünüz hansısa bir şirkət varmı? “Beyaz decoration”u digərlərindən fərqləndirən hansı xüsusiyyətdir?

  • Azərbaycanda bu sahədə rəqabət anlayışı çox pisdir təəssüf ki. Mən rəqib o şirkətə deyərəm ki, "o etdi, mən daha yaxşısını edim" desin. Ancaq bizdə təəssüf ki, bir çox səhifələr sənin etdiyinin eynisini təkrarlayıb, səndən daha ucuz qiymətə satmaqla rəqabət apardıqlarını düşünürlər. Yenilik gətirən hər bir səhifə rəqibimdir. Ancaq “oğrular” yox.

Məni digərlərindən fərqləndirən işimə olan sevgim və bu səbəbdən hər bir sifarişin keyfiyyətli alınması üçün həssas yanaşmağımdır.

- Gələcəklə bağlı nə planlarınız var?

  • Hazırda bu işi onlayn olaraq görürəm. Gələcəkdə bir ofisim olmasını və bir neçə il sonra dekor işində ağıla ilk gələn brend olmağı hədəfləmişəm. Bu işdə isə mənə ailəm və yaxınlarımın mənəvi dəstəyi kömək edir.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description