- Köhnə - Region
- 6 Noyabr 2012 07:30
- 3 526
Müxalifət oturaq mitinq qərarı verdi
Xüsusi Təyinatlılar mitinqi dagıtmaq üçün hərəkətə keçdi
Ukraynada müxalifət yenidən ayaqlanıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, müxalifət tərəfdarları parlament seçkilərində saxtakarlığa yol verildiyini əsas gətirərək meydanlara axışıblar. Onlar küçələrdə çadırlar quraraq müddətsiz aksiyaya başladıqlarını elan ediblər.
Verilən məlumata görə, aksiyanın dağıdılması üçün əraziyə Xüsusi Təyinatlılar cəlb edilib. Hökumət mitinqin icazəsiz keçirildiyini əsas gətirərək aksiyanın dağıdılması ilə bağlı göstəriş verib. Aksiyaçılar isə, bildirirlər ki, bir neçə məntəqədə nəticələr dəyişdirilməsə, onlar yenidən küçələrə çıxacaqlar.
Sadiq Musa
AzNews.az