Müdafiə naziri istefaya göndərildi

Rusiya prezidenti Vladimir Putin Müdafiə naziri Anatoli Serdyukovu istefaya göndərib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, nazir postuna Moskvanın qubernatoru işləyən Sergey Şoyq gətirilib. Təyinatla bağlı açıqlama isə, bu gün verilib.

Putin Şoyqla görüşündə bildirib ki, təyinat Müdafiə nazirliyində baş verən hadisələri obyektiv araşdırılması ilə bağlıdır. Sergey Şoyq isə, təyinatın onun üçün gözlənilməz olduğunu deyib və bildirib ki, yeni postda əlindən gələni əsirgəməyəcək.
Qeyd edək ki, bundan əvvəl keçmiş nazirin adı "Oboronservis"-in fırıldaqlarında hallanırdı.

Sadiq Musa
AzNews.az