Yunanıstansa dərman qıtlıgı

Avropanın, xüsusilə də Almaniyanın bir sıra əczaçılıq şirkətləri Yunanıstana dövlət hesabına paylanan dərmanların idxalını məhdidlaşdırıblar. Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyi bundan öncə həyata keçirilən ixracatın pulunu hələ də ödəməyib.

Almaniya əczaçıları qeyd edirlər ki, yunan alıcılarının onlara olan borcu 1,7 milyard avro təşkil edir. Afina digər ölkələrin əczaçılıq şirkətləri ilə də ödəniş problemini yaşayır.

İsveçrənin "Roche" və "Novartis", Fransanın "Sanofi" şirkətləri də Yunanıstana dərman ixracını məhdudlaşdırıb. Berlində hesab edirlər ki, yaranmış vəziyyətdə məşhur yunan korrupsiyasının da günahı var. Xəstələrə paylanmaq üçün apteklərə göndərilən dərmanların dörddə biri yunan əhalisinə çatdırılmır. Hökumət zəruri dərmanların qiymətini nəzarətə götürdükdən sonra yunan əczaçıları dərmanları xaricdə satmağa üstünlük verirlər.

AzNews.az