7,3 ballıq zəlzələ

Meksikanın cənub-şərqində yerləşən Çiapas ştatında 7,3 bal gücündə zəlzələ baş verib. Güclü təkanın episentri Syudad-İdalqo şəhərindən 68 km cənub-qərbdə 16 kilometr dərinlikdə baş verib. AzNews.az-ın Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, təkan olduqca güclü olub.

Qeyd edək ki, noyabrın 7-də zəlzələ həmçinin Oahaka ştatını da silkələyib. Burada təkanlar 6,3 bal gücündə olub. Dagıntı və tələfat haqda məlumat yoxdu.

AzNews.az