Avtobus sürücüləri tətil etdi

Tbilisidə sürücülərin tətili ilə bağlı bələdiyyə avtobuslarının hərəkəti iflic olub. Trend-in məlumatına görə, cümə axşamı səhər Tbilisidə bələdiyyələrin avtobus nəqliyyatının sürücüləri tətil elan ediblər. Tətil nəticəsində Tbilisi sakinləri işə vaxtında çata bilməyiblər.

Sürücülər jurnalistlərə bildiriblər ki, onlar əməkhaqlarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, avtobusların pulsuz təmir olunduğu təmir emalatxanalarının yaradılmasını tələb edirlər.

Tətildə şəhərin üç avtomobil parkının 1 300 sürücüsü iştirak edir. Sürücülər bildiriblər ki, onlar çərşənbə günü meriyanın əməkhaqlarının artırılmasından imtina etməsindən sonra tətil etmək barədə qərar qəbul ediblər.

AzNews.az