- Köhnə - Region
- 8 Noyabr 2012 08:19
- 3 010
“İvanişvilini Bakıya dəvət etmək lazımdır” - TƏKLİF
"Media forum" saytına açıqlamasında enerji sazişlərinə yenidən baxılması və Rusiya-Gürcüstan-Ermənistan dəmir yolunun açılması niyyətinin Azərbaycanın siyasi dairələrində narahatlıq doğurduğunu xatırladan analitik deyib: "İvanişvilinin Bakıya dəvət olunmasına ehtiyac var. Gürcüstan hökumətinin gələcək xarici və enerji siyasətinin necə olacağını onun dilindən Bakıda eşitmək maraqlı olardı. Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanla konfederasiya yaratmaq ideyasını irəli sürməyə qədər məsafə qət etmişdi və biz Tiflisin məhz bu siyasətinə alışmışdıq, indi qəfil bu siyasətə nəsə korrektələr ediləcəksə, qoy bunu Bakıda da izah etsinlər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri ermənilərin fürsəti əldən vermədiklərini vurğulayaraq misal olaraq Ermənistanın Gürcüstandakı səfiri Ovanes Manukyanın Gürcüstan parlamentinin spikeri ilə görüşmək məqsədilə Kutaisiyə getdiyini və onu ölkəsinə dəvət etdiyini deyib: "Gürcüstan parlamentinin spikeri David Usupaşvili bu dəvəti məmnuniyyətlə qəbul edib. Gürcüstan hökumətinin addımları İrəvanı yaxşı mənada həyəcanlandırıb, bunu erməni saytlarını izlədikdə də müşahidə etmək olar. İrəvan Rusiya ilə dəmir yolunun açılmasını səbirsizliklə gözləyir, Tiflisin Bakı ilə enerji qiymətləri mövzusunda müzakirə açmaq istəyindən də sevincli görünür.
Gürcüstanın strateji müttəfiqi Ermənistan deyil, Azərbaycandır. Əgər Gürcüstan parlamentinin spikeri və ya baş naziri Bakıdan öncə İrəvana səfər etsələr, bu, Tiflisin ölkəmizə yönəlik qeyri-dost addımı kimi dəyənləndirləcək. Məncə, rəsmilərimiz və diplomatlarımız bu haqda da indidən Tiflisə mesaj yollamalıdırlar".
AzNews.az