Daha bir məmur vəzifədən uzaqlaşdırılır

Müdafiə Nazirliyində kadr məsələsi ilə bağlı yüksək rütbəli hərbçilərin iştirakı ilə iclas başlayıb



Yaxın günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nikolay Makarov vəzifəsindən azad olunacaq. Lent.az-ın verdiyi məlumata görə, bu barədə İTAR-TASS agentliyi Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Nikolay Makarovu general-polkovnik Valeriy Gerasimov əvəz edəcək. İTAR-TASS-ın məlumatında qeyd edilir ki, dünən səhər saatlarında yeni müdafiə naziri təyin edilən Sergey Şoyqu Müdafiə Nazirliyində hazırda Mərkəzi Hərbi Dairənin komandiri olan Valeri Gerasimovla görüş keçirib.

Bu gün isə Müdafiə Nazirliyində kadr məsələsi ilə bağlı yüksək rütbəli hərbçilərin iştirakı ilə iclas başlayıb. İclasda müdafiə nazirinin bütün müavinləri, hərbi idarələrin rəisləri, hərbi dairə və donanmaların komandirləri iştirak edir.

AzNews.az