- Köhnə - Region
- 7 Aprel 2016 11:01
- 13 828
PKK-dan Ermənistana dəstək - 400 terrorçu Qarabağa yerləşdirildi
Dağlıq Qarabağ təmas xəttində gərginliyin artdığı ilk günlərdən PKK terror təşkilatı Ermənistandakı dostlarına dəstək olmaq üçün bölgəyə terrorçu qrupları göndərib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, artıq Dağlıq Qarabağ ərazisinə 400 PKK terrorçusu yerləşdirilib. Məlumata görə, terrorçular Ağrı ərazisindən keçərək Ermənistana gediblər. Əvvəlcə Dağlıq Qarabağ ərazisində 3 yerə - Laçın, Şuşa və Kəlbəcərə yayılan terrorçular, buradan da Ağdam, Cəbrayıl, Zəngilan və Füzuliyə göndəriliblər.
Məlumata görə, Azərbaycana qarşı aparılan döyüşlərdə Ermənistana dəstək olmaq üçün Dağlıq Qarabağ ərazisində yerləşdirilən terrorçular arasında erməni əsilli olanlar da var. Belə ki, İŞİD və PKK-nın Suriya qolu olan PYD terror qruplaşmasında döyüşən 150 erməni əsilli terrorçu da Ermənistana dəstək üçün bu əraziyə göndərilib. Terorçuların bomba və əməliyyat barədə təcrübəli olan silahlılardan seçildiyi bildirilir. Silahsız olaraq Ermənistan ərazisinə keçən 400 nəfərlik qrup daha öncədən buraya gələn 80 nəfərlik terror qrupu ilə Vardanes terror düşərgəsində görüşüb.
Aydan AXUNDOVA