- Köhnə - Region
- 7 Aprel 2016 20:11
- 6 086
Rusiya Ermənistan üçün qazı - Ucuzlaşdırdı
Ermənistan Rusiya qazı üçün güzəşt əldə edib.
Bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.
Endirim hazırkı 165 dollarlıq qiymətin 9%-ini təşkil edəcək və Ermənistan üçün qazın min kubmetrinin yeni qiyməti 150 dollar təşkil edəcək.
Ovik Abramyan deyib ki, Rusiya ilə danışıqlar davam edir. Yeni qiymətin istehlakçıya təsir edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, Rusiya Ermənistan üçün qazın qiymətini ilk dəfə deyil endirir. 2015-ci ilin sentyabrında qazın min kubmetrinin qiyməti 189 dollardan 165 dollara endirilmişdi.
Ukrayna Rusiyadan qazı 160-170 dollara almağa hazır olduğunu bildirib.
Musavat.com