Məşhur aktyor ermənipərəst xanımı ilə - İrəvanda

Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı, məşhur vəkil Amal Kluni Ermənistana səfər edib.


Kluni cütlüyünü qarşılayanlar arasında tanınmış iş adamı, mükafatın təsisçilərindən biri Ruben Vardanyan da olub.

Cütlük səfər çərçivəsində təsisçiləri Ruben Vardanyan, Nubar Afeyan və "Karnegi" şirkətinin nümayəndəsi Vardan Qriqoryan olan "Aurora Prize for Awakening Humanity" beynəlxalq mükafatının birinci təqdimetmə mərasimində iştirak edəcək.

"Aurora Prize" mükafatı qondarma "erməni soyqırımı"ndan sağ çıxmış bütün ermənilər adından onların xilaskarlarına minnətdarlıq kimi təsis edilib.



Mükafatın təqdimetmə mərasimi aprelin 24-ü İrəvanda baş tutacaq. Qalibin adını Corc Kluni elan edəcək, xanımı isə onu müşaiyət edəcək.

Kluni və Alamuddin cütlüyü 2014-cü ilin sentyabrında ailə həyatı qurub. Bu Corc Kluninin sayca ikinci evliliyidir. Onun əvvəlki nikahından uşaqları olmayıb.

Daha sonra Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin "erməni soyqırımı" məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məşhur hollivud aktyoru Corc Kluninin həyat yoldaşı Amal Kluni olub.

Ans press