Erməni “ziyalı“ əcnəbi diplomatı uzunqulaq adlandırdı

Ermənilər hər zamanki kimi yenədə öz xislətlərini göstəriblər. Ermənistan Dövlət Tibb Universitetinin rektorunun vəzifəsini müvəqqəti icra edən Samvel Avetisyan adlı şəxs ermənilərin həqiqətən də necə də "mədəni və tolerant" bir millət olduqlarını parlaq şəkildə sübut edib.

"Aykakan Jamanak" qəzeti yazır ki, Samvel Avetisyan Hindistanın Ermənistandakı işlərininə görə etimad etdilmiş Pankac Saksen ilə görüşüb.

Görüş zamanı onlar Hindistanın bu ölkədəki tələblərinin məişət vəziyyətini müzakirə etməyə başlayıblar. Belə ki, söhbət zamanı erməni hindistanlı həmsöhbətinin dediklərini şərh edərkən köməkçisinə deyib ki, "Bu uzunqulağa bax bir, məni öyrədir". Elə bunu eşidən tərcüməçi də həmin ifadəni olduğu kimi tərcümə edib. Nəticədən hindistanlı Saksen görüşü yarımçıq qoyaraq oranı tərk edib.

Daha sonra Hindistanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Ermənistana nota verib və öz tələbələrini geri çağıracağı ilə xəbərdarlıq edib. Özünü bir anlıq rektor hiss edən həmin erməni isə məsələni şərh etməkdən imtina edib və bildirib ki, həmin görüşün protokolu var. Orada heç bir kobud ifadədən istifadə olunmayıb.

AzNews.az