- Köhnə - Region
- 16 Noyabr 2012 06:01
- 4 642
Gürcüstanla Azərbaycan sərhədində etiraz aksiyası
Məlumata görə, həmin körpü 4 ildir ki, bağlanıb. Kənd sakinləri bildiriblər ki, buradan qaçaqmalçılıq yolu ilə mallar keçirildiyi səbəbi əsas gətirilərək körpü bağlanılıb. "Həmin körpüyə sərhəd polisi nəzarət edir. Bizə avtomobil ilə Azərbaycana getmək qadağan edilib, yalnız piyada sərhədi keçə bilirik.
Biz Azərbaycandakı qohumlarımızla görüşə bilmirik. Piyada 7 km getmək məcburiyyətindəyik. Bu ərazidə heç bir nəqliyyat vasitəsi yoxdur. Biz yalnız Laqodexi tərəfdən maşınla Azərbaycan tərəfə keçə bilirik, bu isə böyük xərc tələb edir," deyə aksiya iştirakçısı Sandro Xiladze bildirib.
Məlumata görə, hadisə barədə Gürcüstan parlamentinin deputatı Lekso Tamazaşvili də xəbər tutub. O, bildirib ki, qaldırılan məsələ barədə parlamentə məlumat verəcək.
AzNews.az