Daha bir nazir müavini həbs edildi

Sabiq nazir müavinini vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir



İvanişvili keçmiş komandanın üzvlərindən birini də həbs etdirdi. AzNews.az-ın newsgeorgia.ru saytına istinadən verdiyi xəbərə görə, sabiq Daxili İşlər nazirinin müavini Şota Xizanişvili dünən baş prokurorluqda dindirildikdən sonra həbs edilib.

Verilən məlumata görə, sabiq nazir müavinini vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Xizanişvili özü isə ona qarşı irəli sürülən ittihamla razılaşmır və hesab edir ki, həbs sifarişlidir. Vəkilin bildirdiyinə görə, 48 saat ərzində ona qarşı konkret ittiham irəli sürüləcək. Hələ ki, o, izolyatorda saxlanılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin konstitusiya təhlükəsizliyi departamentinin rəis müavini Vaja Liluaşvili də saxlanılıb. O isə gizli məlumatları mətbuata ötürməkdə ittiham edilir.

Sadiq Musa
AzNews.az