- Köhnə - Region
- 16 Noyabr 2012 06:33
- 5 902
Rusiya Ermənistanı silahlandırdığını açıq şəkildə bəyan etdi
Bu barədə Rusiya mətbuatına bu ölkənin Müdafiə Nazirliyi yanında ictimai şuranın sədri, Dünya Silah Ticarəti Analiz Mərkəzinin rəhbəri İqor Korotçenko bildirib: "Rusiya Cənubi Qafqazda gərginliyin tərəfdarı deyil və Qarabaş münaqişəsinin sülh yolu ilə həllini istəyir. Azərbaycan son zamanlar hərbi potensialını artırır. Rusiya da Ermənistana hərbi-sənaye kompleksini yaratmağa kömək edir. Nəzərə alaq ki. Azərbaycanın çox güclü müdafiə sənayesi var".
Rusiyanın eyni zamanda həm də Azərbaycana silah satması ilə bağlı suala cavabında ekspert belə cavab verib: "Bunda qəribə heç nə yoxdur. Azərbaycan MDB-nin üzvüdür. Rusiya da kommersiya məqsədi ilə silah satışıyla məşğul olur. O ki, qaldı Ermənistana, Rusiya İrəvana silahı güzəştli qiymətlərlə satır, məsələn ZRK S 300-ü. Əks təqdirdə bu Ermənistanın büdcəsinə olduqca mənfi təsir göstərərdi".
Ekspertin fikrincə, Ermənistana ucuz silah satışı Azərbaycanın hərbi potensialı ilə balans yaratmaq məqsədi daşıyır.
Elnarə Əlosmanqızı
AzNews.az