İran Suriya müxalifəti ilə görüşdü

Görüş Cenevrədə baş tutub



İran hökumətinin təmsilçisi yeni yaradılmış Suriya müxalifətinin rəhbərliyi ilə görüşüb. AzNews.az-ın məlumatına görə, bu barədə Fransanın Le Fiqaro qəzeti yazıb.

Suriya müxalifətinin koordinasiya şurasının üzvü Haytam Mannu Cenevrədə İranın Xarici İşlər nazirinin müavini Hüseyn Amir Abdullahi ilə görüşdüyünü deyib.

Onun sözlərinə görə, daha bir görüş İran nümayəndələri ilə "müsəlman qardaşları" arasında olub. Mannu görüşün əsas mövzusuna da toxunub və bildirib ki, İran Suriya məsələsi ilə bağlı sərt mövqedə deyil. Sadəcə hakimiyyətin güc yolu dəyişdirilməsini istəmir və demokratik seçkilərin tərəfdarıdır.

Sadiq Musa
AzNews.az