İrəvandakı Göy məscid YUNESKO tərəfindən qorunacaq

Məsciddə əsaslı təmir və bərpa işləri aparılmalıdır



Ermənistan paytaxtı İrəvandakı Göy məscid YUNESKO-nun mədəni irs siyahısına salınacaq. Bu barədə məlumatı "Fars" xəbər agentliyinə İranın Mədəni İrsi Qoruma İdarəsinin direktor müvini Məsud Ələvian Sədr verib.

Onun sözlərinə görə, YUNESKO-nun siyahısına salınmazdan əvvəl məsciddə əsaslı təmir və bərpa işləri aparılmalıdır.

M.Sədr çıxışında İran ərazisindəki kilsələri də erməni abidələri kimi qələmə verib. Bildirib ki, Şərqi Azərbaycan vilayətində 9 kilsə artıq YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.

Alpər Oğuz
AzNews.az