- Köhnə - Region
- 7 May 2016 18:24
- 6 848
Türkiyəli deputatlar Azərbaycana görə qırmızı forma geyinmədilər
Bu gün Türkiyənin Antalya şəhərində parlamentlərarası ənənəvi futbol turniri start götürüb.
Günün ilk matçında Türkiyədən olan deputatlarla ukraynalı millət vəkilləri üz-üzə gəlib.
Türklər meydana ənənəvi qırmızı-bəyaz formada yox, qarada çıxıblar. Oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub. Fasilədə türk deputatlar Türkiyədə baş verən terror hadisələri və Qarabağda şəhid olmuş azərbaycanlı hərbçilərə görə belə geyindiklərini bildiriblər. Onu da bildirək ki, türklər fasiləyə 2:0 öndə yollanıb.
Qeyd edək ki, TRT3 telekanalı vasitəsilə canlı yayınlanan bu oyundan sonra Azərbaycandan olan deputatlar Polşa Seyminin üzvləri ilə qarşılaşacaqlar. Qaliblər sabah finalda görüşəcək.
Qaynarinfo.az