Timoşenko 17 gün ac qaldı - VİDEO

Ukraynanın sabiq baş naziri, hazırda həbsdə olan Yuliya Timoşenkonun səhhəti pisləşib. Oktyabrın 28-də ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq aclıq aksiyasına başlayan Timoşenko dərhal həkim nəzarətinə alınıb.

Həkimlərin ilkin müayinələrindən sonra məlum olub ki, eks-baş nazirin səhhətinin qəfil pisləşməsi aclıq etməsi ilə əlaqədardır. Həkimlərin tövsiyyələrindən sonra Timoşenko 17 gün əvvəl başladığı aclıq aksiyasını dayandırıb və hazırda həkim nəzarətindədir.

AzNews.az